Bakıda avtomobil 64 yaşlı piyadanı vurub

Bakıda avtomobil   64 yaşlı piyadanı vurub
# 03 iyun 2016 02:39 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nin məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Yolu keçmək istəyən 64 yaşlı Firuz Ləzgiyevi avtomobil vurub. Yaralı hadisə şahidlərinin çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub.

Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. Hadisə yerinə polis əməkdaşları gəliblər. Sürücünün axtarışları davam edir. Faktla əlaqədar cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR