SKMF auditor seçir

SKMF auditor seçir
# 30 sentyabr 2015 10:04 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2015-ci il üzrə fondun fəaliyyətinin auditor yoxlaması xidmətinin satınalma proseduru keçirilir.

SKMF-dən “APA-Economics”ə verilən məlumata görə, satınalma prosedurunda müxtəlif meyarlar üzrə beynəlxalq reytinq cədvəllərində ilk dördlüyə daxil olan və analoji maliyyə institutlarında xarici auditin aparılmasında uzunmüddətli təcrübəyə malik audit şirkətləri iştirak edə bilərlər.

İddiaçılar satınalma prosedurunun predmetinə dair hazırlanmış əsas şərtlər toplusunu SKMF-dan əldə edə bilərlər.

Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.

Təkliflər 9 oktyabr 2015-ci il saat 15:00-a qədər qəbul olunur.

Ətraflı məlumat almaq üçün iştirakçılar əlaqələndirici şəxs Zaur Nəhmətova müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, 172

Telefon: (012) 4345011

Fax: (012) 4323717

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR