"Günəşli" yatağında xəsarət alan daha bir neftçi xəstəxanaya yerləşdirilib

"Günəşli" yatağında xəsarət alan daha bir neftçi xəstəxanaya yerləşdirilib
# 08 dekabr 2015 10:04 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində ambulator müalicəyə buraxılan neftçilərdən biri yenidən Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

APA-nın məlumatına görə, bir neçə gün əvvəl xəsarət alan Bəhruz Babayev səhhətində yaranmış problemlərlə bağlı yenidən xəstəxanaya müraciət edib. Onu palataya yerləşdiriliblər. Bununla da hazırda xəstəxanada müalicə olunan neftçilərin sayı 14 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR