"Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndələri və vəkilləri qeydə alınıb

"Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndələri və vəkilləri qeydə alınıb
# 20 avqust 2016 10:53 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında referendumla bağlı təşviqat qruplarının qeydiyyatı məsələsinə baxılıb.

APA-nın məlumatına görə, iclasda “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu komissiya üzvünün təsdiqlənməsi müzakirə olunub. MSK katibi Arifə Muxtarova bildirib ki, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu tərəfindən Milli Məclisin deputatı Aydın Mirzəzadə məşvərətçi səs hüquqlu komissiya üzvü kimi təyin edilib. Məsələ MSK tərəfindən səsə qoyulub və A.Mirzəzadə məşvərətçi səs hüquqlu komissiya üzvü kimi təsdiq edilib.

Sonra “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin qeydə alınması məsələsinə baxılıb və səsə qoyularaq təsdiq edilib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR