9 illik təhsil bazasında kolleclərə ixtisas seçimi başa çatır

9 illik təhsil bazasında kolleclərə ixtisas seçimi başa çatır
# 18 iyul 2016 14:29 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün saat 23:59-da başa çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, saat 15:30-a olan məlumata əsasən, 13577 nəfər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi” formasını doldurub və təsdiq edib.

Bildirilib ki, 104 abituriyent isə ixtisas seçimi etməsinə baxmayaraq, elektron ərizəsini təsdiq etməyib.

““Abituriyentin elektron ixtisas seçimi ərizəsi” forması yalnız təsdiq ediləndən sonra hüquqi əsasa malik olur. Müsabiqəyə yalnız qeyd olunan vaxtadək ərizəsində ixtisasları seçmiş və təsdiq etmiş abituriyentlər buraxılacaqlar” – deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR