Prezident İlham Əliyev: “Sosial məsələlər uğurla həll olunur”

Prezident İlham Əliyev: “Sosial məsələlər uğurla həll olunur”
# 29 aprel 2016 16:11 (UTC +04:00)

Bakı-APA. “Son illər ölkədə 500 xəstəxana və tibb ocağı tikilib. Bu onu göstərir ki, Azərbaycanda sosial məsələlər uğurla həll olunur”.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bunu Ağsu rayonunda ictimaiyyət nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, ölkəmizin qüdrətinin artırılması istiqamətində işlər davam etdirilir: “İndi ənənəvi istehsal sahələrinin inkişafı qarşıda duran əsas vəzifələrdən biridir. Təsadüfi deyil ki, indi Ağsu da daxil olmaqla, ölkədə pambıqçılığın, baramaçılığın inkişafı ilə bağlı kompleks tədbirlər görülür. Ağsunun sosial-iqtisadi inkişafı hər zaman diqqətdə saxlanılır və bu proses davam etdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR