Rusiya XİN başçısı: “Türkiyə öz qoşunlarını İraqdan çıxarmalıdır”

Rusiya XİN başçısı: “Türkiyə öz qoşunlarını İraqdan çıxarmalıdır”
# 31 may 2016 13:01 (UTC +04:00)


Moskva. Fərid Əkbərov - APA. “Rusiya tələb edir ki, Türkiyə öz qoşunlarını İraqdan çıxarsın. Ankaranın fəaliyyəti tamamilə qəbuledilməzdir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "Komsomolskaya Pravda" radiosunun canlı efirində sualları cavablandıran Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. “Türkiyənin keçmiş baş naziri Əhməd Davutoğlu bildirmişdi ki, həmin qoşunlar İraqın suverenliyini möhkəmləndirmək üçün ordadırlar. Lakin bu, tamamilə qəbuledilməz mövqedir. Hesab edirəm ki, prinsipcə, türklərin hərəkətləri qərbli tərəfdaşlarımızın diqqətini daha çox çəkməlidir”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR