Azərbaycan "WSIS-2016" sammitində iştirak edir

Azərbaycan "WSIS-2016" sammitində iştirak edir
# 03 may 2016 08:56 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Cenevrədə (İsveçrə) “WSIS -2016” - İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti ("World Summit on the Information Society") öz işinə başlayıb.


Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirin təşkilatçıları qismində BMT-nin bir sıra təsisatları, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD), İnkişaf Proqramı (UNDP), Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) çıxış edir.

İnformasiya-kommunikasiya texnologiyaları sahəsində dünyanın ən böyük illik yığıncağı olan “WSIS -2016”-da Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Sammit çərçivəsində keçirilən yüksək səviyyəli görüşdə - Nazirlər Toplantısında Azərbaycan nümayəndə heyətinin çıxışı, həmçinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR