Pentaqon: İŞİD İraqda nəzarəti altında saxladığı ərazinin 45%-ni itirib

Pentaqon: İŞİD İraqda nəzarəti altında saxladığı ərazinin 45%-ni itirib
# 17 may 2016 03:15 (UTC +04:00)

Bakı-APA. İŞİD terror təşkilatı Iraqda nəzarəti altında saxladığı ərazinin 45%-ni itirib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Piter Kuk bəyan edib.

“İraqda terrorçular nəzarəti altında saxladıqları ərazinin 45%-ni, Suriyada isə təxminən 16-20%-ni itiriblər”, deyə P.Kuk bildirib.

Xatırladaq ki, 2014-cü ildə İŞİD silahlıları İraq ərazilərinin 1/3 hissəsini, o cümlədən Mosul şəhərini ələ keçirmişdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR