Bakıda 17 evdən oğurluq edən dəstə zərərsizləşdirilib

Bakıda 17 evdən oğurluq edən dəstə zərərsizləşdirilib
# 21 aprel 2016 12:15 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda silsilə oğurluqlar törədən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-dən aprelin 18-dək olan müddətdə 17 paytaxt sakininə məxsus evlərdən pul, qızıl, gümüş, geyim və məişət əşyaları oğurlamış, habelə 2 mənzildən oğurluğa cəhd göstərmiş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Zöhrab Rəhimov, Samir Sultanov, Elməddin Abbasov, Ərxan Novruzov və Murad Musayev tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR