Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 14 May

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 14 May
# 14 may 2016 18:04 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

MHP qurultayı baş tuta da bilər, tutmaya da... Hüquq qurultayın, siyasət Baxçalının tərəfindədir... MHP tarixində heç vaxt rəhbərliyə qarşı bu qədər güclü müxalifət olmayıb... Həm biət təfəkkürü, həm despot üsul-idarəsi buna imkan verməyib... İndi isə Baxçalının qarşısında güclü partiyadaxili müxalifət var... Kənardan gəlməyiblər, ülkücü hərəkatın yetirmələri, bu yaxınlara qədər partiyanın uzaqvuran topları olmuş insanlardır... Elə indi də uzaqvuran toplardır, amma Baxçalının deyil, MHP elektoratının nəzərində... Qələbəyə susamış bu elektorat MHP-də dəyişiklik istəyir... Buna görə də biət təfəkküründən uzaqlaşa bilib, Baxçalının önünə dörd namizəd çıxarıblar... Hamısının tərcümeyi-halı tərtəmiz, hərəkat önündə alınları açıqdır... İkisi ölkənin barmaqla sayılacaq qədər az olan stratejistlərindən, ikisi isə keçmiş nazirdir... Yanlarında Yusuf Halaçoğlu, Özcan Yeniçeri, bəzi iddialara görə hətta Oqtay Vural da var... Hər kəs Baxçalıya qarşı birləşib, yeni sədr seçərək MHP-ni layiq olduğu mərtəbəyə yüksəltmək istəyir... Baxçalı da tək deyil... Dövlətin arxasında güclü dövlət dayağı var... Bu səbəbdən MHP-nin nizamnamə dəyişikliyi qurultayının keçirilməsi ilan hekayəsinə dönüb... Qurultay sabah baş tutacaqmı? Buna nə müxalifət, nə Baxçalı əmin deyil... Hər iki tərəfdə bir tək əminlik var - proses MHP-nin tarixə gömülməsinə doğru gedir... Alparslan Türkeşin vəfatından sonra oğlu Toğrul Türkeş sədrliyə namizəd olmuş, lakin seçkilərdə Dövlət Baxçalıya uduzmuşdu... O məşhur qurultay bir məqamla yaddaşlarda qalıb... Nəticələr elan olunduqdan sonra Türkeş tərəfdarları skamyaları rəyasətə fırlatmış və Baxşalının sədr postuna gəlişi skamyaların havada uçuşması ilə yadda qalmışdı... Deyəsən, bu dəfə epiloq da proloqa oxşayacaq...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR