Azərbaycan şirkəti Dağıstanda istixana kompleksi və logistik mərkəz tikəcək

Azərbaycan şirkəti Dağıstanda istixana kompleksi və logistik mərkəz tikəcək
# 12 may 2016 15:42 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanın "Caspian İnvest Group" şirkəti Dağıstanda istixana kompleksi tikmək niyyətindədir.

"APA-Economics" xəbər verir ki, bu barədə şirkətin kommersiya direktoru Namiq Rəhimli bildirib.

Onun sözlərə görə, istixana kompleksinin sahəsi 300-700 ha olacaq. Kommersiya direktoru əlavə edib ki, kompleksin tikintisinə 4 il sərf olunacaq.

Bununla yanaşı, şirkət Dağıstan ərazisində logistik mərkəz və Azərbaycan Ticarət Evi tikəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR