Bakıda “NAZ Lifan” hasara çırpılıb, sürücü ölüb

Bakıda “NAZ Lifan” hasara çırpılıb, sürücü ölüb
# 26 aprel 2016 09:30 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Səbail rayonu ərazisində Bakı şəhər sakini Akif Cəfərov idarə etdiyi “NAZ Lifan” markalı avtomobili yolun kənarındakı daş hasara vurub. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR