Həbsdə olan AXCP üzvünün kassasiya şikayəti təmin olunmayıb

Həbsdə olan AXCP üzvünün kassasiya şikayəti təmin olunmayıb
# 22 aprel 2016 09:13 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ali Məhkəmədə narkotik vasitə saxlamaqda təqsirləndirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Murad Ədilovun kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, M.Ədilov 2014-cü il avqust ayının 11-də Sabirabad rayonunda, yaşadığı Xəlfəli kəndində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi əməliyyat-axtarış nəticəsində həbs edilib.

O, Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Ədilov 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan M.Ədilov apellyasiya şikayəti ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə şikayəti təmin etməyib. Daha sonra M.Ədilov məhkəmə qərarından kassasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR