Hərbi Prokurorluğun əməkdaşları əmək haqlarının 20%-ni Silahlı Qüvvələrinin Yardım Fonduna köçürüb

Hərbi Prokurorluğun əməkdaşları əmək haqlarının 20%-ni Silahlı Qüvvələrinin Yardım Fonduna köçürüb
# 27 aprel 2016 14:29 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Son günlər Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejimi və beynəlxalq hüququn tələbləri kobud şəkildə pozularaq Azərbaycanın cəbhəboyu, həmçinin, təmas xəttinə yaxın olmayan yaşayış məntəqələri və mülki obyektləri iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv atəşə tutulur.

APA-nın məlumatına görə, Respublika Hərbi Prokurorluğunun əməkdaşları cəbhə xəttində baş verənlərlə bağlı qanunvericiliyə müvafiq olaraq müxtəlif araşdırma tədbirləri həyata keçirməklə Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun birgə tədbirlər planına əsasən birlik, birləşmə və hərbi hissələrdə müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular, o cümlədən bilavasitə ön xətdə yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşlər keçirir.

Görüşlərdə şəxsi heyətin vətənpərvərlik, dostluq, qardaşlıq mühitinin formalaşdırılması, qarşılıqlı, sağlam və işgüzar münasibətlərin nizamnamələr çərçivəsində qurulması, hərbi intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi barədə maarifləndirici söhbətlər aparılır.

Məlumatda həmçinin qeyd olunur ki, bununla yanaşı bu günlərdə Respublika Hərbi Prokurorluq orqanlarının əməkdaşları könüllü olaraq əmək haqlarının 20%-ni Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna köçürüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR