Prezident İlham Əliyev: “Böyük hərbi qələbə qazandıq”

Prezident İlham Əliyev: “Böyük hərbi qələbə qazandıq”
# 03 aprel 2016 12:33 (UTC +04:00)

Bakı-APA. “Bu təxribat da Ermənistanın Azərbaycana qarşı məkrli siyasətinin təzahürüdür və bu təxribat ordumuz tərəfindən layiqincə cavablandırıldı”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında söyləyib.

Dövlət başçısı deyib ki, düşmənə böyük zərbələr vurulub, düşmən böyük itkilər verib: “Deyə bilərəm ki, düşmənə sarsıdıcı zərbə vuruldu. Bununla bərabər, qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala bildilər, eyni zamanda daha əlverişli hərbi mövqelərə malik oldular. Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi. Təxribata cavab olaraq aparılan hərbi əməliyyat nəticəsində böyük hərbi qələbə qazandıq. Bu münasibətlə ordumuzu, bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Bundan sonra da düşmənin bütün təxribatları cavabsız qalmayacaq, düşmənə layiqli cavab veriləcək. Azərbaycan ordusu buna qadirdir, Azərbaycan övladları öz doğma torpaqlarını müdafiə edirlər, Vətən uğrunda vuruşurlar, şəhid olurlar. Bütün şəhidlərimizin xatirəsi ürəyimizdə əbədi yaşayacaq ”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR