"Azmont Investments"in səhmdarları dəyişib

"Azmont Investments"in səhmdarları dəyişib
# 02 avqust 2016 07:35 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 9 iyul 2014-cü il tarixindә "Azerbaijan Global Investments" ASC Monteneqroda turizm kompleksinin tikintisi üçün "PSG Resort" MMC ilә 400 mln. avro mәblәğindә layihә maliyyәlәşdirmә sazişi imzalayıb.

"APA-Economics"in əldə etdiyi məlumata görə, 8 oktyabr 2015-ci il tarixindә "Azәrbaycan Global Investments" ASC "PSG Resort" MMC-nin sәhmlәrinin 100%-ni alıb. 2015-ci ilin dekabr ayına qәdәr "PSG Resort" MMC "Azmont Investments" şirkətinin sәhmlәrinin 80% sahib olub. 2015-ci ilin dekabr ayında "PSG Resort" MMC sәhmlәrin qalan 20%-ni SOCAR-dan alıb vә "Azmont Investments" şirkətinin sәhmlәrinin 100%-nә sahib olub. 31 dekabr 2015-ci il tarixindә "Azәrbaycan Global Investments" ASC "Azmont Investments" şirkətinə verilmiş vәsaitlәri nizamnamә kapitalına köçürmәklә tәşkilatı restrukturizasiya etmiş vә 99,99% iştirak payı ilә son nәzarәtedici tәrәf olub. Sәhmlәrin qalan 0,01%-i “Saiph Holding BV”-yә mәxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR