Malena Mard: “Prezidentlərin Vyana görüşündəki qərarları dəstəkləyirik”

Malena Mard: “Prezidentlərin Vyana görüşündəki qərarları dəstəkləyirik”
# 18 may 2016 10:17 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Çox müsbət haldır ki, Azərbaycan və Ermənistan prezidentləri Vyanada görüşüblər”.

Bu sözləri APA-ya açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O bildirib ki, həmsədrlərin bu görüşü təşkil edə bilməsi çox yaxşı hadisədir: “Biz müxtəlif tədbirlərin görülməsi, insidentlərin araşdırılması mexanizminin işə salınması, hərtərəfli sülh danışıqları üçün yol xəritəsinin planlaşdırılması və ikinci görüşün tez bir zamanda müəyyənləşdirilməsi ilə bağlı qərarı dəstəkləyirik. Bu görüş pozitivdir. Çünki belə bir əminlik var ki, status-kvo dayanıqlı deyil. Münaqişənin hərbi yolla həlli yoxdur və münaqişə prezidentlərin və həmsədrlərin əsas rol oynadığı sülh danışıqları əsasında həll olunmalıdır".

Səfir Vyanada Aİ-nin ali nümayəndəsi Federika Mogerininin də prezidentlərlə görüşdüyünü xatırladıb: "Federika Mogerini fevralın sonunda Azərbaycanda olub. O bildirib ki, özü şəxsən bu məsələyə aktiv şəkildə cəlb olunmaq və hərtərəfli sülh razılaşmasının əldə edilməsi istiqamətində ATƏT- in Minsk Qrupunun tərəfdaşı olmaq istəyir".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR