Sabirabad sakininin həyətində çətənə kolları aşkarlanıb

Sabirabad sakininin həyətində çətənə kolları aşkarlanıb
# 22 avqust 2016 11:43 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabad sakininin həyətində narkotik tərkibli çətənə kolları aşkar edilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabairabad rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəzində rayonun Polad Tuğay kənd sakini, 1978-ci il təvəllüdlü Ağayev Ceyhun Əlihüseyn oğlu saxlanılıb. Əməliyyat məlumatı əsasında onun həyətyanı sahəsinə baxış keçirilərkən 5 ədəd 1,82 metr hündürlüyü olan narkotik tərkibli çətənə kolları aşkar edilib. Aqrotexniki ekspetizanın rəyinə görə, çətənə kolları yabanı halda deyil, kultivasiya yolu ilə xüsusi qulluq edilməklə becərlib.

Faktla bağlı Sabirabad Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR