Bəzi banklar İSB-nin Yaşıl Kart sisteminə qəbulla bağlı Bürolar Şurasının tələbinə cavab verməyib - SİYAHI

Bəzi banklar İSB-nin Yaşıl Kart sisteminə qəbulla bağlı Bürolar Şurasının tələbinə cavab verməyib - <span style="color: red;">SİYAHI
# 14 aprel 2016 11:18 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycandakı bəzi banklar İcbari Sığorta Bürosunun (İSB) Yaşıl Kart sisteminə qəbul edilməklə bağlı Bürolar Şurasının tələbi ilə təqdim etdiyi maliyyə təminatının şərtlərinə cavab verməyib. "APA-Economics" xəbər verir ki, bu barədə məlumat İSB-nin 2015-ci il üçün maliyyə və investisiya fəaliyyəti ilə bağlı hesabatında yer alıb.


Bildirilir ki, Şuranın maliyyə təminatı ilə bağlı şərtlərindən biri 5 mln. avro məbləğində müvafiq reytinqli Avropa bankı tərəfindən zəmanətin verilməsi və ya müvafiq təminat depozitinin yerləşdirilməsi olub. Müvafiq bank zəmanətinin əldə edilməsi məqsədilə Büro tərəfindən lazımi araşdırmalar aparılmaqla müxtəlif mümkün variantlar nəzərdən keçirilib. Bank zəmanətinin əldə edilməsi üçün Azərbaycanda fəaliyyət göstərən bir neçə banka (“PAŞA Bank”, “Xalq Bank”, “AccessBank”, “Societ Generale”, “YapıKredi Bank”, “Commerzbank AG", "Nikoil Bank", "Bank VTB (Azərbaycan)", "Azərbaycan Beynəlxalq Bankı", "Bank Standard", "Bank Technique" və "Azər Türk Bank") edilmiş müraciətlər nəticəsində zəmanətin "Standard & Poor" uzunmüddətli kreditlər reytinq cədvəli üzrə "A-" dərəcəsindən az dəyərləndirilməyən bank üzərindən təqdim edilməsi mümkün olmadığından son nəticədə Bürolar Şurasının təklifi əsasında İSB birbaşa olaraq "KBC Bank" ilə danışıqlar aparıb.


Nəticə etibarilə 29 oktyabr 2015-ci il tarixində “KBC Bank”, Bürolar Şurası və İSB arasında müvafiq bank zəmanəti üzrə tələb olunan şərtləri özündə əks etdirən üçtərəfli əmanət müqaviləsi imzalanıb və həmin bank tərəfindən müvafiq zəmanət məktubu Bürolar Şurasına təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR