MTRŞ: Yeni televiziya kanalının açılması üçün yaxın gələcəkdə müsabiqə elan edilməsi nəzərdə tutulmayıb

MTRŞ: Yeni televiziya kanalının açılması üçün yaxın gələcəkdə müsabiqə elan edilməsi nəzərdə tutulmayıb
# 05 avqust 2016 08:42 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Azərbaycanda kifayət qədər teleradio yayımçısı var. Bu səbəbdən də Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən yeni televiziya kanalının açılması üçün yaxın gələcəkdə müsabiqə elan edilməsi nəzərdə tutulmayıb”. Bunu APA-ya açıqlamasında MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov deyib.

O qeyd edib ki, hazırda Azərbaycanda 23 televiziya yayımçısı var, onlardan 10-u ümumrespublika, 13-ü isə regional yayımçıdır: “Ümumilikdə isə Azərbaycanda lisenziya almış teleradio yayımçılarının sayı 74-dür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR