ATƏT PA DTİHB-nin qərarına uyğun olaraq Azərbaycanda parlament seçkilərini müşahidə etməyəcəyini açıqlayıb

ATƏT PA DTİHB-nin qərarına uyğun olaraq Azərbaycanda parlament seçkilərini müşahidə etməyəcəyini açıqlayıb
# 23 sentyabr 2015 11:39 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. ATƏT Parlament Assambleyasının prezidenti İlkka Kanerva ATƏT DTİHB-nun əvvəlki qərarına uyğun olaraq 1 noyabr tarixində Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etməyəcəklərini açıqlayıb.

APA-nın ATƏT PA-ya istinadən verdiyi məlumata görə, o, bu barədə qərarı 17 sentyabr tarixində keçirilən ATƏT PA-nın payız görüşündə bildirib. ATƏT PA prezidenti Ulan-Batorda qeyd edib ki, Azərbaycan ATƏT-in ənənəvi tərəfdaşı olan DTİHB-nin işinə məhdudiyyət tətbiq edib: “Bu səbəbdən bu qurum Azərbaycan göndərməyi planlaşdırdığı müşahidə missiyasını ləğv etməyə məcbur olub. Mən hesab edirəm ki, əgər bizim yaxın tərəfdaşımız DTİHB seçkiləri müşahidə edə bilmirsə, biz də Azərbaycanda seçkilərin müşahidə etməyəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR