AŞPA prezidenti MDB PA-nın Sankt Peterburqda keçiriləcək sessiyasında iştirak edəcək

AŞPA prezidenti MDB PA-nın Sankt Peterburqda keçiriləcək sessiyasında iştirak edəcək
# 18 may 2016 08:48 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA AŞPA prezidenti Pedro Aqramunt MDB Parlament Assambleyasının Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək plenar sessiyasında iştirak edəcək.

APA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində P. Aqramuntun Rusiya Dövlət Dumasının spikeri Serqey Narışkin, Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko və ATƏT PA prezidenti İlkka Kanerva ilə görüşləri də planlaşdırılır.

Qeyd edək ki, MDB Parlament Assambleyasınn 44-cü plenar iclası mayın 19-20-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR