Türkiyənin daxili işlər naziri istefa verib

Türkiyənin daxili işlər naziri istefa verib
# 31 avqust 2016 19:27 (UTC +04:00)

Bakı-APA. Türkiyə DİN rəhbəri Əfqan Ala istefa verib.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə baş naziri Binali Yıldırım bəyan edib.

Onun sözlərinə görə, daxili işlər naziri vəzifəsinə Əmək və Sosial müdafiə naziri Süleyman Soylu təyin olunub. Süleyman Soylunun yerinə isə onun müavini Mehmet Müezzinoğlu gətirilib.

İstefanın səbəbləri açıqlanmır. Qeyd edək ki, Əfqan Ala 2016-ci il, mayın 24-dən daxili işlər naziri vəzifəsində çalışırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR