Azərbaycanda istirahət günləri baş vermiş yol qəzalarının sayı açıqlanıb

Azərbaycanda istirahət günləri baş vermiş yol qəzalarının sayı açıqlanıb
# 14 sentyabr 2015 12:25 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda istirahət günləri baş vermiş yol qəzalarının sayı açıqlanıb.

APA-nın DİN-nin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 12-də respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Sentyabrın 13-də isə respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 10 nəfər yaralanıb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR