Türkiyə aviasiyası PKK-nın İraqın şimalındakı mövqelərinə zərbələr endirib

Türkiyə aviasiyası PKK-nın İraqın şimalındakı mövqelərinə zərbələr endirib
# 24 aprel 2016 01:42 (UTC +04:00)

Bakı-APA. Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus 12 qırıcı təyyarəsi ötən gün PKK-nın İraqın şimalındakı mövqelərinə zərbələr endirib. APA-nın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilir.

“10 ədəd “F-16” tipli qırıcı təyyarə İraqın şimalındakı Sinath, Haftanin və Mətin rayonlarında PKK-nın kəşfiyyat tərəfindən aşkarlanan mövqelərinə zərbələr endirib. Bir müddət sonra daha iki “F-16” tipli qırıcı təyyarə Mətin rayonlarında hava əməliyyatı keçirib. Müəyyən edilən hədəflərin hamısı məhv edilib”, - deyə açıqlamada bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR