Sabiq müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə istintaq başa çatıb

Sabiq müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə istintaq başa çatıb
# 16 iyun 2016 16:07 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsində ifadə verib.

Bu barədə APA-ya məlumat verən R. Səfərovun vəkili Bəhruz Bayramov bildirib ki, idarədə istintaqın başa çatdığını, iyunun 20-də istintaqın başa çatması haqqında qərarın elan ediləcəyini deyiblər. Vəkil bildirib ki, işlə tanışlıq mərhələsi bitəndən sonra cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

Məhkəmənin qərarına əsasən R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR