Natiq Cəfərlinin həbsi barədə qərardan apellyasiya şikayəti verilib

Natiq Cəfərlinin həbsi barədə qərardan apellyasiya şikayəti verilib
# 15 avqust 2016 09:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. REAL hərəkatının həbsdə olan icra katibi Natiq Cəfərli barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti verilib.

Bu barədə APA-ya Natiq Cəfərlinin vəkili vəkil Cavad Cavadlı bildirib. Şikayət Bakı Apellyasiya Məhkəməsində təqdim olunub.

Qeyd edək ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

N. Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR