SOCAR Novorossiysk limanından xam neftin ixracını ikiqat artırıb

SOCAR Novorossiysk limanından xam neftin ixracını ikiqat artırıb
# 01 dekabr 2015 14:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR bu ilin ilin noyabr ayında Novorossiysk limanından 169 661 ton xam neft ixrac edib.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu, ötən ilin noyabr ayı ilə müqayisədə 2 dəfə çoxdur.

Ümumilikdə, bu ilin yanvar-noyabr ayları ərzində Novorossiysk limanından 1 mln. 270 min 108 ton xam neft ixrac edilib. Bu, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 36,25% çoxdur.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR