Bakıda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb

Bakıda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb
# 06 may 2016 23:08 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Aeroport şosesinin Binə qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.



"VAZ-2107" markalı avtomobil sürətlə hərəkətdə olan zaman əvvəlcə maneəyə çırpılıb, sonra isə yol kənarındakı piyadanı vurub. Hadisə nəticəsində piyada, 55 yaşlı Mehman Ayazxan oğlu Nəzərov, eləcə də avtomobildəki sərnişinlər - 63 yaşlı Xuraman Ümid qızı Məhərrəmova və onun qızı, 26 yaşlı Lamiyə İlqar qızı Məhərrəmova xəsarət alıblar. Yaralılar 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR