AXCP sədrinin köməkçisi şübhəli şəxsi qismində Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına aparılıb

AXCP sədrinin köməkçisi şübhəli şəxsi qismində Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına aparılıb
# 20 avqust 2016 15:16 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirov şübhəli şəxsi qismində Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına aparılıb.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Vəkil Aqil Layicov söyləyib.

A. Layıcov F. Əmirovun avtomobilindən Fətullah Gülənə məxsus kitab və disklər aşkarlanaraq götürüldüyündən şübhəli şəxs qismində Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına aparılıb bildirib.

Qeyd edək ki, bu gün F. Əmirov Fətullah Gülənin tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə başlanılan cinayət işi üzrə Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə dəvət edilib, şahid qismində dindirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR