"Şərq tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin görüşü keçirilir

"Şərq tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin görüşü keçirilir
# 23 may 2016 09:48 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Brüsseldə Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilir.

APA-nın məlumatına görə, görüşdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir. Onun çıxışı nəzərdə tutulub.

Toplantıya Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Mogerini sədrlik edir.

F. Mogerini açıqlamasında "Şərq tərəfdaşlığı" ölkələri xarici işlər nazirləri ilə görüşün ötən il bu vaxt Riqada və gələn ilin yazında keçiriləcək iki sammit arasında vacib görüş olduğunu bildirib: “Qərb və şərqə olan diqqətimizdə balansı qorumaq bizim üçün hər zaman vacib olub. Bunu gündəliyimizdə yuxarı sıralardakı məsələlərdən biri kimi saxlayırıq. Bu, Ukrayna, Gürcüstan, Moldova, Belarus, Azərbaycan və Ermənistanla münasibətlərə aiddir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR