İsmayıllıda yanacaqdoldurma məntəqəsinə saxta pul verən şəxs tutulub

İsmayıllıda yanacaqdoldurma məntəqəsinə saxta pul verən şəxs tutulub
# 20 may 2016 11:27 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. İsmayıllıda yanacaqdoldurma məntəqəsinə saxta pul verən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 20-də İsmayıllı rayonunda yerləşən yanacaqdoldurma məntəqələrindən birində operator işləyən şəhər sakini Asif Mirzəzadə Rayon Polis Şöbəsinə müraciət edərək, martın 18-də “VAZ-21015” markalı avtomobilin naməlum sərnişininin saxta 50 manatlıq əsginas verərək 10 manatlıq yanacaq doldurmasını və ona 40 manat pul qaytarmasını bildirib.

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini, əvvəllər məhkum olunmuş Asim Süleymanov tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun martın 19-da rayon sakini R. Nuriyevə məxsus “VAZ-21011” markalı avtomobili qaçırması da müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR