Göygöldə qəza baş verib, sürücü yaralanıb

Göygöldə qəza baş verib, sürücü yaralanıb
# 20 avqust 2016 22:24 (UTC +04:00)

Göygöl. Azər Məmmədli – APA. Göygöldə bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb. “VAZ 21011” ilə “QAZ53” markalı avtomobilin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü, Zurnabad kənd sakini, 1985-ci il təvəllüdlü Feyruz Abdullayev müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR