Məhkəmə Sarkozinin korrupsiya işi üzrə istintaqın nəticələrini ləğv edib

Məhkəmə Sarkozinin korrupsiya işi üzrə istintaqın nəticələrini ləğv edib
# 09 may 2016 17:39 (UTC +04:00)

Bakı-APA. GParis Apelyasiya Məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozi ilə bağlı aparılan istintaqın nəticələrini ləğv edib.

APA-nın “Frans-Press” agentliyinə istinadən verdiyi məlumata görə, həmin istintaqın nəticələrinə əsasən N. Sarkozi və vəkili Terri Ertsoq korrupsiya ilə bağlı işdə adları hallanıb.

Məhkəmə əsasən N. Sarkozi və T. Ertsoqun 2015-ci ilin oktyabr və noyabr aylarında verdikləri ifadələri və məhkəmənin hakimi Jilber Aziberanı ələ almaqla bağlı ittihamlara əsas vermiş telefon danışığını analiz edib. İstintaq ehtimal edib ki, N. Sarkozi “Betankur işi” ilə bağlı məhkəmə zamanı vəkili T. Ertsoq vasitəsi ilə məlumatlar əldə etməyə çalışıb. Bu işdə Adı keçən şəxs onun seçki kampaniyasını maliyyələşdirib. İstintaq hesab edib ki, N. Sarkozi hakim J. Azibera Monakoda nüfuzlu hakim postu əldə etməyə kömək etməyə söz verə bilərdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR