Şəmkirdə oğul atasını döyüb

Şəmkirdə oğul atasını döyüb
# 01 iyun 2016 07:47 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli - APA. Şəmkirdə döyülmə faktı qeydə alınıb.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Tatar kəndində qeydə alınıb.

Kənd sakini, 1937-ci il təvəllüdlü Oruc Mustafayev bədənin müxtəlif hissələrinin xəsarəti əlaməti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Şəmkir rayon Polis Şöbəsindən bildirilib ki, O. Mustafayevi oğlu Sakit Mustafayev döyüb.

Səbəb isə atanın həddindən artıq spirtli içki qəbul edərək evdə münaqişə salması olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR