Stoltenberq: "NATO-Avropa İttifaqı əməkdaşlığı yüksək səviyyəyə çatdırılacaq"

Stoltenberq: "NATO-Avropa İttifaqı əməkdaşlığı yüksək səviyyəyə çatdırılacaq"
# 20 may 2016 09:30 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “NATO və Avropa İttifaqı unikal tərəfdaşlardır. Biz oxşar dəyərləri bölüşür və eyni təhdidlərlə üzləşirik. NATO fəaliyyətlərinə Avropa İttifaqının daha çox cəlb edilməsi və Avropa İttifaqının fəaliyyətlərinə də NATO-nun daha çox cəlb edilməsi üçün çalışmalıyıq”.

APA-nın xəbərinə görə, bu barədə NATO baş katibi Yens Stoltenberq NATO Xarici İşlər Nazirləri Şurasının toplantısından əvvəl keçirilən mətbuat konfransında çıxışı zamanı deyib. O bildirib ki, dünya indi daha çox təhdidlərlə üzləşir və hər iki qurumun hibrid təhdidlər, kiber təhlükəsizlik məsələlərində birgə fəaliyyət göstərməsi vacibdir: “NATO və Avropa İttifaqı arasındakı əməkdaşlığı inkişaf etdirmək NATO-nun Varşava sammitinin əsas məqsədlərindəndir. Bu əməkdaşlığı yüksək səviyyəyə çatdırmalıyıq və bunu etməyə çalışırıq ”.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini isə bəyan edib ki, Varşava sammit NATO-Aİ əməkdaşlığına əlavə dəyər qazandıracaq.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun Qətiyyətli Dəstək Misiyasına töhfə verən ölkələrin XİN rəhbərlərinin toplantısında iştriak edəcək. Nazirin yığıncaqda çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR