Samuxda yol nəqliyyat qəzası baş verib, bir nəfər xəsarət alıb

Samuxda yol nəqliyyat qəzası baş verib, bir nəfər xəsarət alıb
# 09 may 2016 16:01 (UTC +04:00)

Samux. Azər Məmmədli – APA. Samuxda bir nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Çobanabdallı kəndi yaxınlığında qeydə alınıb.

Rayon sakini 1982-ci il təvəllüdlü Ramil Bəşirov idarə etdiyi “Hyunday” markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb və “BMV” markalı minik avtomobilinə çırpılıb. Qəza zamanı “Hyunday”-ın sürücüsü R. Bəşirov xəsarət alıb və Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR