Göyçay sakini qaynını bıçaqlayıb

Göyçay sakini qaynını bıçaqlayıb
# 03 sentyabr 2016 09:21 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Göyçay rayonunda qohumlar arasında baş verən dava bıçaqlanma ilə nəticələnib.

APA-nın yerli bürosunun xəbərinə görə, Bığır kənd sakini, 1962-ci il təvəllüdlü Rəsulov Rakif Xeyrəddin oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı həmkəndlisi olan qaynı, 1973-cü il təvəllüdlü Nəbiyev Alim Nadir oğlunu bıçaqlayıb.

Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Alim Nəbiyevə təcili tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur.

Məlumata görə, Rakif Rəsulovla həyat yoldaşı arasında ailə münaqişəsi baş verib və qadın atası evinə gedib. Rakif Rəsulov həyat yoldaşının ardınca gedərək qaynını bıçaqlayıb.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR