Dövlət büdcəsindən Bakıda bağçalara ayrılmış vəsaitlərin xərclənməsi ilə əlaqədar yoxlama aparılıb

Dövlət büdcəsindən Bakıda bağçalara ayrılmış vəsaitlərin xərclənməsi ilə əlaqədar yoxlama aparılıb
# 02 iyun 2016 16:28 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

APA-ın məlumatına görə, Kollegiya iclasında dövlət büdcəsinin yerli xərclərindən Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə, dövlət büdcəsinin yerli xərclərinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Şirvan şəhər İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsinin yerli xərclərinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Salyan rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin icrasına dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisinə təqdim olunması qərara alınıb. Kollegiyada Hesablama Palatasının 2016-cı il İş planında nəzərdə tutulmuş bir nəzarət tədbiri ilə bağlı proqram təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR