Bakıda axtarışda olan şəxs tutulub

Bakıda axtarışda olan şəxs tutulub
# 17 may 2016 11:46 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda axtarışda olan şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayon 4-cü və 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də Bakı şəhər sakini Amil Səmədova məxsus mobil telefonu dələduzluq yolu ilə almış Anar Rəhimov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha bir paytaxt sakininə məxsus mobil telefonu dələduzluq yolu ilə alması və Sabunçu RPİ tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR