Makedoniyada təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb

Makedoniyada təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb
# 07 sentyabr 2016 05:45 (UTC +04:00)

Bakı-APA. Makedoniyada “Piper” tipli kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində dörd İtaliya vətəndaşı və iki Kosovo sakini ölüb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, təyyarə İtaliyanın Trevizo əyalətindən qondarma Kosovo dövlətinin paytaxtı Priştinaya uçub. Təyyarənin yenidən yanacaq doldurmaq üçün Makedoniyanın paytaxtı Skopye şəhərində eniş etməsi nəzərdə tutulubmuş.

Ölənlərin şəxsiyyəti açıqlanmır.

Yağışlı havanın və məhdud görmə şəraitinin qəzaya səbəb olduğu ehtimal edilir.

Şahidlərin sözlərinə görə, təyyarə hələ havada olarkən alışıb.

Hadisə yerində “qara qutuların” axtarışı davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR