Lənkəranda beşmərtəbəli yaşayış binasında yanğın baş verib, 18 sakin təxliyə olunub

Lənkəranda beşmərtəbəli yaşayış binasında yanğın baş verib, 18 sakin təxliyə olunub
# 01 may 2016 17:40 (UTC +04:00)

Bakı-APA. Lənkəran şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, binanın 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan 3 otaqlı mənzilin dəhlizində qapı və mətbəxinin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı binadan 18 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR