Ötən il mənzil-məişət şəraiti yaxşılaşdırılan məcburi köçkünlərin sayı açıqlanıb

Ötən il mənzil-məişət şəraiti yaxşılaşdırılan məcburi köçkünlərin sayı açıqlanıb
# 26 fevral 2016 11:16 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “2015-ci ildə 49 min ailə və ya 243 min nəfər məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb, bu məqsədlə 5 yeni yaşayış kompleksi salınıb, 5 məktəb inşa edilib, 3 uşaq bağçası, 3 tibb məntəqəsi tikilib istifadəyə verilib”.

APA-nın xəbərinə görə, bu barədə Ombudsmanın illik hesabatında deyilir.

Hesabatda bildirilir ki, 120 mindən çox məcburi köçkün hələ də yaşayış üçün yararlı olmayan ictimai binalarda, yataqxanalarda, sağlamlıq düşərgələrində və digər müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayır və bir çox sosial problemlərlə üzləşirlər: “Məcburi köçkünlər tərəfindən xüsusilə Bakı şəhərində zəbt edilmiş ev, mənzil və digər tikililərin sahiblərinin pozulmuş hüquqlarının bərpası məqsədilə həmin məcburi köçkün ailələrinin onlar üçün yeni tikilən binalara köçürülməsi məqsədəuyğundur”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR