Aİ nümayəndəsi: “Avropada uşaqların 90 faizi yoxsulluq riski ilə yaşayır”

Aİ nümayəndəsi: “Avropada uşaqların 90 faizi yoxsulluq riski ilə yaşayır”
# 21 aprel 2016 11:24 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Hazırda Avropada uşaqların 90 faizi yoxsulluq riski altında yaşayır”.

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Yorun Villems Milli Məclisdə “Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda keçirilən tədbirdə bildirib. O qeyd edib ki, Avropada uşaqların hüquqlarının pozulması riskləri gündən-günə artır: "Ona görə uşaq hüquqlarının təmin edilməsi, bu yöndə qanunvericiliyin təkmilləşdirilməsi və onun icrasına nəzarətin gücləndirilməsi çox aktual məsələ kimi hamının qarşısında dayanır".

O xatırladıb ki, hazırda dünya əhalisinin üçdə birini, Avropa əhalisinin beşdə birini uşaqlar təşkil edir: “Azərbaycanda da əhalinin 40 faizini uşaqlar, yeniyetmələr, 25 yaşdan aşağı olanlar təşkil edir. Bunun özü isə uşaq hüquqlarının təmin edilməsinin nə qədər vacib olduğunu bir daha göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR