Liviya sahillərində miqrantları daşıyan gəmi batıb, 15 nəfər itkin düşüb

Liviya sahillərində miqrantları daşıyan gəmi batıb, 15 nəfər itkin düşüb
# 01 may 2016 19:26 (UTC +04:00)

Bakı-APA. Liviya sahillərində miqrantları daşıyan gəmi batıb, azı 15 nəfər itkin düşüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarı İdarəsinin rəsmisi Uilyam Spindler bəyan edib.

Onun sözlərinə görə, aprelin 29-da qəzaya uğrayan gəmidə 120 nəfər olub.

“Qəza nəticəsində 15 nəfər itkin düşüb. Onlardan 4-ü Nigeriya, 3-ü Qvineya, 2-si – Fil Dişi Sahili və 1-i Malidən olduqları müəyyənləşib”, deyə U.Spindler bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR