Türkiyə Jandarma Qüvvələrinin komandanı Bakıya gəlib

Türkiyə Jandarma Qüvvələrinin komandanı Bakıya gəlib
# 03 may 2016 12:35 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Türkiyə Jandarma Qüvvələrinin komandanı ordu generalı Qalib Mendi Azərbaycana gəlib.

APA-nın məlumatına görə, o, rəsmi görüşlərə sabahdan başlayacaq. Sabah qonaq Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək. Daha sonra onun daxili işlər naziri Ramil Usubov və Daxili Qoşunların komandanı Şahin Məmmədovla görüş gözlənilir. Mayın 5-də isə komandanın müdafiə naziri Zakir Həsənovla görüşü planlaşdırılır.

Səfər mayın 6-da başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR