Arvadını qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin olunmayıb

Arvadını qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin olunmayıb
# 01 iyun 2016 07:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Hamlet Fərziyevin şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilən Hamlet Fərziyev Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, hökmdən apellyasiya şikayəti verilmə müddətinin bərpa olunmasını istəyib.

Xatırladaq ki, 2010-cu il yanvarında H. Fərziyev Bakıda yerləşən “Vulkan” motelində həyat yoldaşı Xatirə Fərziyevanı qətlə yetirib. H. Fərziyev hadisəni qısqanclıq zəminində törətdiyini və peşman olmadığını deyib.

Məhkəmənin hökmü ilə Hamlet Fərziyev Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək, 10 il müddətinə azadlıqdan məhrum edilib. Həmin vaxt o, barəsində olan hökmdən apellyasiya şikayəti verməyib.

Qanunvericiliyə əsasən, barəsində hökm çıxarılan şəxs 10 gün müddətinə apellyasiya şikayəti vermək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə təqsirləndirilən şəxs müddətin bərpa edilməsi üçün yenidən məhkəməyə müraciət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR