NATO Əfqanıstana yardımları davam etdirəcək

NATO Əfqanıstana yardımları davam etdirəcək
# 20 may 2016 12:09 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “Terrorizm çox ciddi təhdid olaraq qalır və 10 ildən çoxdur ki, NATO tərəfdaş qüvvələrlə birlikdə Əfqanıstanda terrorla mübarizə istiqamətdə çalışır”.

APA-nın xəbərinə görə, bu barədə NATO-nin baş katibi Yens Stoltenberq NATO-nun Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin xarici işlər nazirlərinin toplantısında deyib.

Y. Stoltenberq qeyd edib ki, Əfqanıstan hələ də təhlükəsizlik sahəsində çağırışlarla üzləşir: “Lakin bu istiqamətdə böyük tərəqqi əldə edilib. Əfqanıstan polisi peşəkarlıq nümayiş etdirir. NATO isə Əfqanıstan silahlı qüvvələrinə yardımlarını davam etdirəcək”.

Toplantıda qarşıdan gələn Varşava sammiti ilə bağlı məsələlərin müzakirə ediləcəyini nəzərə çatdıran Y. Stoltenberq bildirib ki, Əfqanıstana hərbi, siyasi və maliyyə baxımından yardım məsələsi də diqqət mərkəzində olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR