Rusiya İrana "S400" zenit raket kompleksini almağı təklif edib

Rusiya İrana "S400" zenit raket kompleksini almağı təklif edib
# 20 avqust 2016 10:56 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev- APA. Rusiya İrana "S400" zenit raket kompleksini almağı təklif edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın müdafiə naziri Hüseyn Dehqan bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, İran hələlik bu raket kompleksini əldə etmək niyyətində deyil. O bildirib ki, İranla Rusiya arasında "S300" zenit raket kompleksinin alınması üçün prezidentlər səviyyəsində danışıqlar aparılıb və imzalanmış müqavilənin icrası təmin edilib: “İran “S300” zenit raket kompleksinin əsas hissəsini əldə edib. Digər hissə isə bir ay ərzində göndəriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR